...

Vilnüsdə məktəbliləri arasında keçirilmiş "Azərbaycan mənim gözlərimlə" beynəlxalq müsabiqəsinin yekun mərasimi olub (FOTO)

Cəmiyyət Materials 24 Dekabr 2010 13:55 (UTC +04:00)
Vilnüsün Milli incəsənət məktəbinin konsert zalında Litva məktəbliləri arasında keçirilmiş “Azərbaycan mənim gözlərimlə” beynəlxalq müsabiqəsinin yekun mərasimi olub
Vilnüsdə məktəbliləri arasında keçirilmiş "Azərbaycan mənim gözlərimlə" beynəlxalq müsabiqəsinin yekun mərasimi olub (FOTO)

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir M.Əliyev/ Vilnüsün Milli incəsənət məktəbinin konsert zalında Litva məktəbliləri arasında keçirilmiş "Azərbaycan mənim gözlərimlə" beynəlxalq müsabiqəsinin yekun mərasimi olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, yekun mərasimində Azərbaycan Respublikasının Litvadakı Fövqəladə və Səlahiyyətli səfiri Nairə Şahtaxtinskaya, Türkiyənin Litvadakı Səfirliyinin 1-ci katibi Şayda Hanbay, Litva Respublikasının Təhsil və Elm naziri Gintaras Stəponaviçyus, Litva Seyminin İqtisadiyyat komitəsinin sədri, millət vəkili Daynyus Budris, Litva Mədəniyyət nazirinin müavini Deyvidas Staponkus, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Surəddin Hümbətov, Litva Seyminin Sədri İrena Degutinenin müşaviri və xüsusi nümayəndəsi Laurinas Kasçyunas, Litva mədəniyyət nazirinin müşaviri İmantas Melyanas, Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev, Latviya azərbaycanlılarının "Ocaq" cəmiyyətinin sədri Roman Əliyev, eləcə də digər rəsmilər, ölkənin tanınmış elm, mədəniyyət, incəsənət və siyasət xadimləri, bir sıra nüfuzlu ictimai təşkilatların rəhbərləri, milli azlıq qurumlarının nümayəndələri və başqaları iştirak ediblər.  

Müsabiqəni Litva azərbaycanlıları cəmiyyəti bu ölkənin Təhsil və Elm Nazirliyi, Litva Milli İcmalar Evi və Litva gənclərinin turizm mərkəzi ilə birgə təşkil edib. Layihəyə maliyyə dəstəyini isə Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi göstərib. Litva Respublikasının Təhsil və Elm naziri sözügedən müsabiqənin təşkili barədə Cəmiyyətin təşəbbüsü ilə bu ilin iyul ayında öncədən xüsusi sərəncam imzalayıb, müsabiqənin Əsasnaməsini və eləcə də bu layihə ilə əlaqədar digər sənədləri təsdiq edib. Əsasnamədə göstərilib ki, müsabiqə Litva-Azərbaycan mədəniyyətlərarası bilgilərinin genişləndirilməsinə həsr edilir və onu keçirməkdən məqsəd şagirdlərdə Azərbaycanın qədim keçmişinə və dövlətçilik tarixinə, mədəni irsinə, coğrafiyasına, təbiətinə və s. maraq oyatmaq, informasiya texnologiyalarından istifadə etməklə onlara Azərbaycanla bağlı fikir və düşüncələrini yaradıcı surətdə təqdim etmək üçün imkan yaratmaqdır.

Müsabiqə Litva-Azərbaycan mədəniyyətlərarası dialoqu layihəsi çərçivəsində bu ölkənin ümumtəhsil məktəblərinin 7-12-ci siniflərində oxuyan şagirdləri arasında keçirilib. 2010-cu ilin sentyabr-oktyabr aylarında keçirilmiş müsabiqədə Litvanın müxtəlif şəhər və rayonlarında yerləşən 119 təhsil müəssisəsində oxuyan 526 şagird iştirak ediblər. Layihəyə həmçinin, müsabiqə işlərinin rəhbərləri olaraq 121 müəllim qatılıb. Bu layihədə Litvanın bir sıra milli azlıqlarının 16 ümumtəhsil məktəbinin şagirdləri də iştirak ediblər. Müsabiqənin 12 nəfərdən ibarət nüfuzlu münsiflər heyətinə 375 iş göndərilib. 1 müsabiqə işi orta hesabla 15 slayddan ibarət olub. Beləliklə, layihənin təşkilatçılarına 5500 ədəddən artıq müsabiqə slaydı təqdim olunub. Müsabiqəyə göndərilmiş işlər arasında əsasən bu mövzular üstünlük təşkil edib: Azərbaycanın qədim keçmişi və dövlətçilik tarixi, dövlət rəmzləri, siyasi sistemi və rəhbərliyi, coğrafiyası və təbiəti, əfsanə və hekayətləri, Azərbaycan dili və yazılı ədəbiyyatı, mədəniyyəti və musiqisi,  milli mətbəxi, xalq geyimləri və adət-ənənələri, idmanı və xalq oyunları, respublika əhəmiyyətli şəhərləri və milli parkları, Dünya sivilizasiyası xəzinəsinə töhfələr vermiş görkəmli xadimləri, Dağlıq Qarabağ münaqişəsi, 20 yanvar Bakı faciəsi və Xocalı soyqırımı, milli Azərbaycan ordusu, Azərbaycanın müasir dünya ölkələri sırasında yeri və görünüşü, Azərbaycan mövzusunda şagirdlərin yaratdıqları orijinal ədəbi-publisistik yazılar və etüdlər, Litva-Azərbaycan ictimai-tarixi və mədəni əlaqələri, dövlətlərarası münasibətləri, etnokulturoloji və digər tipoloji paralellər. Müsabiqə işləri arasında Litva azərbaycanlıları haqqında bilgiləri əhatə edən işlər də var.

Münsiflər heyəti müsabiqə işlərini dəyərləndirərkən həmin işlərdə Azərbaycan Respublikasına məxsus və bənzəri olmayan xüsusiyyətlərin geniş açılmasına, bədiiliyə və orijinallığa, sərbəst yaradıcılıq məharətinə, informasiya texnologiyalarının yaratdığı imkanlardan istifadə etmək bacarığına daha çox diqqət yetirib. Komissiya 10 nominasiya üzrə müsabiqənin laureatlarını təyin edib. Nəticələrə görə, 30 şagird birinci, ikinci və üçüncü yeylərə layiq görülüb. Müsabiqənin yekun tədbirində və laureatların mükafatlandırma mərasimində 141 nəfər müsabiqə işinin müəllifləri və onların müəllimləri dəvət olunub. Yekun tədbirində 300-dən çox şagird, onların valideynləri və müəllimlər iştirak ediblər. Mərasimdə iştirak etmiş bütün şagird və müəllimlərə xatirə hədiyyələri və Litva Respublikası Təhsil və Elm nazirliyinin fəxri fərmanları, sponsorların hədiyyələri, Litva gəncləri turizm mərkəzinin təşəkkür məktubları təqdim edilib. 30 qalib şagird isə Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin xüsusi hədiyyələrilə mükafatlandırılıb. Kaunasın Vayjgantas adına orta məktəbinin şagirdləri Yurgita Milyauskayte və Ayste Makarovaya Xocalı faciəsi mövzusunda yaratdıqları ən uğurlu iş üçün Azərbaycan Respublikasının Litvadakı Səfirliyinin xüsusi hədiyyələri təqdim olunub. Litvanın Təhsil və Elm Naziri Gintaras Stəponaviçyus müsabiqəyə ən çox iş göndərmiş təhsil müəssisələrinə - Plunges rayonunda yerləşən Kulyu orta məktəbinə (28 iş), Alsedjyu orta məktəbinə (24 iş), Vilnüs şəhər Taykos məktəbinə (21 iş) və Klaypeda şəhərindəki Pranas Maşyotas adına məktəbə (17 iş) Nazirliyin təsis etdiyi hədiyyələri təqdim edib.

Litva pedaqoji ictimaiyyətinin təmsilçiləri müsabiqənin uğurlu təşkil edildiyini və çoxlu şagirdin müsabiqəyə qatılmasının müsbət hal olduğunu xüsusilə vurğulayıblar. Onlar qeyd ediblər ki, 1990-cı ilin martın 11-də Litvanın Dövlət müstəqilliyinin bərpa olunmasından sonra ölkədə ilk dəfədir ki, bu istiqamətdə və bütün ölkə miqyasında beynəlxalq maarifləndirmə layihəsi həyata keçirilib.

Litva azərbaycanlıları cəmiyyətin sədri Mahir Həmzəyev öz çıxışında bildirib ki, cəmiyyət Azərbaycan barədə geniş bilgilərin təbliğinə xidmət edən bu müsabiqəni keçirməkdə, tarixi Vətənimiz barədə məlumatların litvalı şagirdlərə əyani şəkildə çatdırmaq, milli-mənəvi dəyərlərimiz və Azərbaycan haqqında digər obyektiv məlumatları Litvanın ümumtəhsil ocaqlarında yaymaq, bununla da, ölkənin təhsil dairələrində və pedaqoji kollektivlərində Azərbaycanın adını daha ucadan səsləndirmək, ölkəmiz haqqında müsbət təsəvvürləri gücləndirmək və Litvada Azərbaycana dost münasibət bəsləyən gənc nəsil nümayəndələrinin dairəsini genişləndirib möhkəmləndirmək, eləcə də Litva-Azərbaycan elmi-mədəni və ictimai-siyasi əlaqələrinini daha da intensivləşdirmək, xalqlarımızın mədəniyyətlərarası dialoqna yeni töhfələr vermək məqsədi güdüb.

Vilnüsdə fəaliyyət göstərən "Garsu pasaulis" şirkəti və "Penki kontinentai" Qapalı Səhmdar Cəmiyyəti müsabiqənin sponsorları qismində tədbirlərin gerçəkləşdirilməsinə mühüm dəstək veriblər.

Müsabiqənin nəticələrinə həsr olunmuş tədbirdən sonra Azərbaycan musiqisi və rəqslərindən ibarət geniş konsert proqramı təqdim olunub. Tallindən gəlmiş milli rəqs qrupunu ifası böyük maraqla qarşılanıb.           

Müsabiqə haqqında müvafiq məlumat və videoreportajlar Litva kütləvi informasiya vasitələrində bu həftə ərzində də yayımlanmaqdadır. Həmçinin, müsabiqənin nəticələri və yekun tədbiri barədə digər bilgilər ölkə mətbuatında geniş işıqlandırılıb.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə ilə bağlı yazılar aşağıdakı linklərdir

http://az.trend.az/news/society/1802431.html

http://az.trend.az/news/society/1802011.html

http://az.trend.az/news/politics/1801293.html

http://az.trend.az/news/society/1800623.html

http://az.trend.az/news/society/1801010.html

http://az.trend.az/news/society/1798627.html

http://az.trend.az/news/society/1797757.html

http://az.trend.az/news/society/1797371.html

http://az.trend.az/news/society/1797112.html

http://az.trend.az/news/society/1796466.html

http://az.trend.az/news/society/1792819.html

http://az.trend.az/news/society/1792399.html

http://az.trend.az/news/society/1791727.html

http://az.trend.az/news/politics/1790948.html

http://az.trend.az/news/politics/1790940.html

http://az.trend.az/news/society/1789601.html

http://az.trend.az/news/politics/1789658.html

http://az.trend.az/news/society/1789485.html

http://az.trend.az/news/society/1789065.html

http://az.trend.az/news/society/1788841.html

http://az.trend.az/news/society/1788636.html

http://az.trend.az/news/society/1787633.html

http://az.trend.az/news/society/1787048.html

http://az.trend.az/news/politics/1786989.html

http://az.trend.az/news/society/1786099.html

http://az.trend.az/news/politics/1786011.html

http://az.trend.az/news/society/1785422.html

http://az.trend.az/news/society/1785378.html

http://az.trend.az/news/politics/1785342.html

http://az.trend.az/news/society/1784463.html

http://az.trend.az/news/society/1784555.html

http://az.trend.az/news/society/1783636.html

http://az.trend.az/news/society/1782698.html

http://az.trend.az/news/society/1780194.html

http://az.trend.az/news/karabakh/1780129.html

http://az.trend.az/news/society/1780114.html

http://az.trend.az/news/politics/1779698.html

http://az.trend.az/capital/energy/1779708.html

http://az.trend.az/news/society/1775315.html

http://az.trend.az/news/karabakh/1771475.html

http://az.trend.az/news/society/1771449.html

http://az.trend.az/news/politics/1771264.html

http://az.trend.az/news/politics/1771281.html

http://az.trend.az/news/society/1770126.html

http://az.trend.az/news/society/1769966.html

http://az.trend.az/news/politics/1768183.html

http://az.trend.az/news/karabakh/1763854.html

http://az.trend.az/news/society/1767513.html

http://az.trend.az/news/society/1767208.html

http://az.trend.az/news/society/diaspora/1766801.html

http://az.trend.az/news/society/diaspora/1764515.html

http://az.trend.az/news/society/diaspora/1764255.html

http://az.trend.az/news/society/diaspora/1763034.html

http://az.trend.az/news/society/diaspora/1763005.html

http://az.trend.az/news/society/diaspora/1762913.html

http://az.trend.az/news/society/diaspora/1761223.html

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Xəbər lenti

Xəbər lenti