...

Azərbaycanda elmi layihələrin növbəti müsabiqəsinin qalibləri elan edilib

Cəmiyyət Materials 28 Dekabr 2010 15:53 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu elmi layihələr üzrə növbəti müsabiqənin qaliblərini elan edib.
Azərbaycanda elmi layihələrin növbəti müsabiqəsinin qalibləri elan edilib

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu elmi layihələr üzrə növbəti müsabiqənin qaliblərini elan edib. Bu barədə Trend-ə çərşənbə axşamı fonddan bildiriblər.

Elmi layihələrin ikinci qısamüddətli müsabiqəsinə 19 təklif daxil olub. Onlardan 11-i elmi ekspertizaya buraxılıb.

Müsabiqədə qalib gələn layihələrin maliyyələşdirilməsinə 1 435 min manat ayrılıb. Bu məbləğdən 500 min manat elmin torpaq sahəsində araşdırmaların aparılması üçün elektron avadanlığın və proqram təminatının alınmasına, 400 min manat molekulyar biologiya sahəsində araşdırmaların aparılması üçün avadanlığın alınmasına, 435 min manat fizika sahəsində müasir araşdırmaların aparılması üçün yeni nanostruktur materialların alınmasına, 50 min manat Azərbaycan tarixinin üçcildliyin konsepsiyasının hazırlanmasına, 50 min manat Azərbaycan muğamı haqqında ikicildliyin hazırlanmasına ayrılıb.

Elmin İnkişafı Fondu elmi araşdırma proqramlarının, layihə və digər elmi fəaliyyətin maliyyələşdirilməsi üçün iyunun 30-da elan edilən birinci müsabiqəyə 6,1 milyon manat ayırıb.

Xəbər lenti

Xəbər lenti