...

Bu gün alimlər kiloqram məfhumuna yeni tərif verə bilərlər

Cəmiyyət Materials 24 Yanvar 2011 11:33 (UTC +04:00)
Dünya alimləri kiloqram məfhumuna yeni tərif verə bilərlər. Trend-in məlumatına görə, bu barədə Reyter agentliyi məlumat verir. Bu, 1889-cu ildən bəri Fransada saxlanılan kiloqram prototip-etalonu çəkisinin dəqiq 50 kiloqrama çatmaması ilə bağlıdır. Bu da daha dəqiq, müasir ölçülər üçün yolverilməzdir.
Bu gün alimlər kiloqram məfhumuna yeni tərif verə bilərlər

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Dünya alimləri kiloqram məfhumuna yeni tərif verə bilərlər. Trend-in məlumatına görə, bu barədə Reyter agentliyi məlumat verir. Bu, 1889-cu ildən bəri Fransada saxlanılan kiloqram prototip-etalonu çəkisinin dəqiq 50 kiloqrama çatmaması ilə bağlıdır. Bu da daha dəqiq, müasir ölçülər üçün yolverilməzdir.

Ekspertlərin fərz etdiyi kimi, London Kral Cəmiyyətinin (Böyük Britaniya) bugünkü iclasında kiloqramı daimi planka vasitəsilə müəyyən etmək barədə ilkin razılaşdırılmış təklif söyləniləcək. Yeni mümkün təyinat şifahi formula ola bilər: kioqram - "enerjisi fotonların enerjisinə, tezliyi 1356392741042 Hz-ya bərabər olan sakit halda bədən çəkisi"dir. Yeri gəlmişkən, bu prinsiplə metr hazırda işıq sürətinin qeyd edilməsi ilə müəyyən edilir.

Yeni kiloqram məfhumu Beynəlxalq Çəki və Ölçü Bürosu (mənzil-qərargahı Parisin yaxınlığında yerləşən Sevr şəhərində yerləşən, daimi fəaliyyət göstərən beynəlxalq təşkilat) tərəfindən təsdiq olunmalıdır.

Xəbər lenti

Xəbər lenti