...

Astanada Avrasiya Ekspert Forumunun təqdimatı keçirilib

Cəmiyyət Materials 24 Yanvar 2011 15:23 (UTC +04:00)
Astanada Avrasiya Ekspert Forumunun təqdimatı keçirilib. Təqdimatın yekunları üzrə müvafiq memorandum imzalanıb.
Astanada Avrasiya Ekspert Forumunun təqdimatı keçirilib

Qazaxıstan, Astana, 24 yanvar /Trend, müxbir A.Maratov/

Astanada Avrasiya Ekspert Forumunun təqdimatı keçirilib. Təqdimatın yekunları üzrə müvafiq memorandum imzalanıb. Forumun təsisçiləri qismində Rusiya, Qazaxıstan, Azərbaycan, Türkiyə, İsrail, Böyük Britaniya, Çexiya, Latviya, keçmiş Sovet İttifaqının və Aİ-nin digər dövlətlərinin ekspert, elm və media strukturlarının nümayəndələri çıxış edirlər.

"Birliyimizin konseptual əsası bərabərlik, qarşılıqlı inam və əməkdaşlıq prinsiplərinə əsaslanan Avrasiya ideologiyasına sadiqlikdir", - memorandumda deyilir.

Təqdimatda MDU Analitik-İnformasiya Mərkəzinin (Rusiya) baş direktoru Aleksey Vlasov, "Vestnik Kavkaza" Analitik-İnformasiya Agentliyinin (Rusiya) baş direktoru İsmayıl Ağakişiyev, Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov və İqtisadiyyat və Texnologiyalar Universitetinin (Türkiyə) professoru Toğrul İsmayıl iştirak edib.

"Forumun yaradılması regionda cərəyan edən proseslərin düzgün qiymətləndirilməsi baxımından əhəmiyyətlidir", - Hüseynov mətbuat konfransında bildirib.

O, jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, KİV sosial şəbəkə və bloqlardan kənarda qalmamalıdır. "Bu gün jurnalistika təkcə dar ixtisaslaşmış mövzularda iştirak etməli deyil, KİV həm də insanları maraqlandıran sosial şəbəkələrdən kənarda qalmamalıdır", - o, vurğulayıb.

Avrasiya Ekspert Forumu Rusiya, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Ukrayna və digər MDB ölkələrinin, eləcə də Türkiyə, İsrail və Aİ ölkələrinin analitik qurumları, informasiya agentlikləri və elm müəssisələrinin rəhbərlərinin birliyidir.

Bu məqsədlərin aşağıdakı layihələr çərçivəsində həyata keçirilməsi planlaşdırılır: vahid informasiya portalının yaradılması; intellektual, qlobal ekspert cəmiyyəti formatında rəqabət qabiliyyətli məhsulların yaradılması; daimi fəaliyyət göstərən dialoq meydançalarının yaradılması və oraya yaxın və uzaq xaricdən gənc ekspertlərin cəlb edilməsi; siyasi konsaltinq; ictimai əhəmiyyətli layihələrin analitik müşayiəti; sosioloji və marketinq tədqiqatlarının aparılması; yaxın-uzaq xarici ölkələrin analitik-informasiya bazarı üçün gənc mütəxəssislərin hazırlanması.

Avrasiya Ekspert Forumu yeni maraq göstərən iştirakçıların qoşulması üçün açıqdır.

Xəbər lenti

Xəbər lenti