...

Azərbaycanlı peşəkar boksçu Ukrayna çempionu olub (FOTO)

Cəmiyyət Materials 7 Mart 2011 15:33 (UTC +04:00)
Azərbaycanlı boksçu Ağəli Alışov WBS versiyası üzrə peşəkarlar arasında Ukrayna çempionu olub.
Azərbaycanlı peşəkar boksçu Ukrayna çempionu olub (FOTO)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanlı boksçu Ağəli Alışov WBS versiyası üzrə peşəkarlar arasında Ukrayna çempionu olub. Bu barədə bazar ertəsi Trend-ə Ukrayna Azərbaycanlı Gənclər Birliyindən məlumat verilib.

59 kiloqram çəki dərəcəsində mübarizə aparan Alışov finalda texniki nok-autla qələbə qazanıb. Döyüş ötən bazar Kiyevin "Vosxod" idman kompleksində keçirilib.

Azərbaycanlı idmançını Azərbaycanın Ukraynadakı səfiriliyi və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin nümayəndələri azarkeşlik ediblər.

Xəbər lenti

Xəbər lenti