...

Bakıda türkmən mütəfəkkiri və şairinin Azərbaycan dilində kitabının təqdimatı keçirilib (ƏLAVƏ OLUNUB)(FOTO)

Cəmiyyət Materials 9 Mart 2011 14:23 (UTC +04:00)
Bakıda türkmən mütəfəkkiri və şairi Nurməhəmməd Əndəlibin Azərbaycan dilində çap olunmuş kitabının təqdimatı keçirilib.
Bakıda türkmən mütəfəkkiri və şairinin Azərbaycan dilində kitabının təqdimatı keçirilib (ƏLAVƏ OLUNUB)(FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər saat 13:31-də yayılıb)

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir V.Javoronkova/

Bakıda türkmən mütəfəkkiri və şairi Nurməhəmməd Əndəlibin Azərbaycan dilində çap olunmuş kitabının təqdimatı keçirilib.

Kitabın təqdimatı çərşənbə günü Mirzə Fətəli Axundov adına kitabxanada şairin 350 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində Azərbaycan və türkmən filoloq-alimlərinin iştirakı ilə keçirilib.

Kitaba Əndəlibin şeirləri, poema və dastanları daxil edilib.

Kitab Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhəmmədovun türkmən mütəfəkkirlərinin elmi irsinin, eləcə də türkmən xalqının mənəvi-mədəni dəyərlərinin dünya ictimaiyyətinə çatdırılması və dərindən öyrənilməsi təşəbbüsü çərçivəsində təqdim olunub. Bu barədə təqdimat mərasimində Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov bildirib.

"Əndəlibin Azərbaycan və türkmən alimlərinin birgə səyi nəticəsində qardaş Azərbaycan xalqının dilində nəşr edilən məzmun və üslubca müxtəlif ədəbi əsərləri orada qoyulan vətənpərvərlik, mənəvi təmizlik və ruhaniyyəti birləşdirir", - səfir bildirib.

Diplomat qeyd edib ki, türkmən və Azərbaycan alimlərinin birgə iş planlarında digər məşhur türkmən klassiklərinin - bədii söz ustaları və alimlərinin əsərlərinin nəşri də var.

O, deyib ki, bu şərəfli iş ölkələrimizdə ənənəyə çevrilib və fasiləsiz olaraq davam etdirilir. Bu da təbii ki, prezidentlərimizin xidmətləridir.

Səfirin sözlərinə görə, Türkmənistan və Azərbaycan liderlərinin səyləri sayəsində həyatımızın bütün sahələrində ölkələr arsında fəal əlaqələr inkişaf edir.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc böyük türkmən mütəfəkkirinin əsərlərinin Azərbaycan dilində nəşrini mühüm hadisə hesab edib. Türkiyəli səfir bildirib ki, türk dünyasında çoxlu ümumi şair və yazıçılar var ki, xalqlarımızın onlarla tanışlığı çox vacibdir.

O, Əndəlibin əsərlərinin türk dilinə də tərcümə ediləcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti