...

Azərbaycan ədliyyə orqanlarında işə qəbulla bağlı müsabiqə elan olunub

Cəmiyyət Materials 10 Mart 2011 10:44 (UTC +04:00)
Azərbaycan ədliyyə orqanlarında işə qəbulla bağlı müsabiqə elan olunub.
Azərbaycan ədliyyə orqanlarında işə qəbulla bağlı müsabiqə elan olunub

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ədliyyə orqanlarında işə qəbulla bağlı müsabiqə elan olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, sayca beşinci olan müsabiqəyə çıxarılan vakant vəzifələr əsasən nazirliyin icra, penitensiar, tibb xidmətlərində, regional ədliyyə və qeydiyyat şöbələrində, eləcə də digər ədliyyə sahələrindədir.

Açıq müsabiqələrdə iştirak etmək üçün "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan vətəndaşları ilə yanaşı, penitensiar xidmətə hərbi, psixologiya, bədən tərbiyəsi və idman, tibb xidmətinə həkim-ftiziatr, həkim-psixiatr-narkoloq, həkim-anestezioloq-reanimatoloq, həkim-cərrah və orta tibb və s. ixtisaslı şəxslər sənədlərini təqdim edə bilərlər.

Nazirliyə, penitensiar və tibb xidmətlərinə qulluğa qəbulla bağlı aidiyyəti məsələlərlə, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə aşağıdakı internet səhifələrində və telefonlar vasitəsilə əlavə məlumat almaq olar:

Ədliyyə Nazirliyi üzrə www.justice.gov.az, tel.: 430-01-18, 430-11-05;

Nazirliyin Penitensiar xidməti üzrə www.penitensiar.justice.gov.az, tel.: 498-00-67, 493-64-41;

Nazirliyin Tibb xidməti üzrə tel.: 493-06-50, 493-30-91.

Ötən dövrdə açıq müsabiqə və müsahibələrdə 3000-dən çox şəxs iştirak edib. Sənədləri yoxlanılmış və sınaqlardan uğurla çıxmış 1000 nəfərə yaxın gənc barəsində təyinatlar aparılıb.

Qulluğa qəbul edilən gənclər hazırda regional ədliyyə, qeydiyyat şöbələrində, həmçinin penitensiar, tibb, icra xidmətlərində və digər ədliyyə sahələrində uğurla fəaliyyət göstərirlər.

Xəbər lenti

Xəbər lenti