...

Küveytdə 31 mart - azərbaycanlıların soyqırımı günü ilə bağlı mətbuat bəyanatı yayılıb

Cəmiyyət Materials 31 Mart 2011 16:54 (UTC +04:00)
Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən 31 mart - azərbaycanlıların soyqırımı günü münasibətilə mətbuat bəyanatı hazırlanaraq Küveyt Dövlətinin nazirlik və digər rəsmi qurumlarına, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə və kütləvi informasiya vasitələrinə göndərilib.
Küveytdə 31 mart - azərbaycanlıların soyqırımı günü ilə bağlı mətbuat bəyanatı yayılıb

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən 31 mart - azərbaycanlıların soyqırımı günü münasibətilə mətbuat bəyanatı hazırlanaraq Küveyt Dövlətinin nazirlik və digər rəsmi qurumlarına, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə və kütləvi informasiya vasitələrinə göndərilib. Trend-in məlumatına görə, bu barədə səfirliyin cümə axşamı yaydığı məlumatda bildirilir.

Bəyanat Küveytin geniş oxucu kütləsinə malik "əl-Vasat" qəzetində dərc edilib.

Bəyanatda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci ildə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmasına dair verdiyi fərmanın böyük tarixi əhəmiyyəti vurğulanıb.

Bəyanatda 31 mart 1918-ci ildə Bakı şəhərində 30 mindən artıq soydaşımızın vəhşicəsinə qətlə yetirilməsi, bununla yanaşı, məktəb, xəstəxana, məscid və evlərin xarabazara çevrilməsi barədə ətraflı məlumat verilib.

Həmçinin, Bakıda baş vermiş qırğınların Azərbaycanın digər məntəqələrinə yayılması nəticəsində azərbaycanlının vəhşicəsinə öldürülməsi, yüz minlərlə həmvətənimizin əzəli torpaqlarından qovularaq didərgin düşməsi faktları işıqlandırılıb.

Xəbər lenti

Xəbər lenti