...

Azərbaycan Milli Depozit Mərkəzi ilə Koreya Qiymətli Kağızlar Depozitarı arasında anlaşma memorandumu imzalanıb

Cəmiyyət Materials 1 Aprel 2011 19:05 (UTC +04:00)
Azərbaycan Milli Depozit Mərkəzi (AMDM) ilə Koreya Qiymətli Kağızlar Depozitarı arasında anlaşma memorandumu imzalanıb. Bu barədə cümə günü Trend-ə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.
Azərbaycan Milli Depozit Mərkəzi ilə Koreya Qiymətli Kağızlar Depozitarı arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Azərbaycan Milli Depozit Mərkəzi (AMDM) ilə Koreya Qiymətli Kağızlar Depozitarı arasında anlaşma memorandumu imzalanıb. Bu barədə cümə günü Trend-ə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.

Anlaşma memorandumu QKDK, AMDM və Bakı Fond Birjasının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin Azərbaycan ilə Koreya Respublikası arasında qiymətli kağızlar bazarı sahəsində strateji əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə Seul şəhərinə səfəri çərçivəsində imzalanıb.

Memorandum iki təşkilat arasında faydalı əməkdaşlığa mühüm töhfə olaraq, Azərbaycan və Koreyanın maliyyə xidmətləri bazarlarının, o cümlədən depozitar və hesablaşma sistemlərinin səmərəliliyinin artırılması istiqamətində yeni xidmətlərin inkişaf etdirilməsinə və əməliyyatlar üzrə iş birliyinin yaradılması üçün məlumat mübadiləsinin gücləndirilməsinə imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti