...

Azərbaycan ərazisində külək sabaha kimi tədricən sakitləşəcək - Ekologiya Nazirliyi

Cəmiyyət Materials 9 Aprel 2011 15:28 (UTC +04:00)
Cümə günü Azərbaycan ərazisində başlayan küləkli hava sabaha kimi tədricən sakitləşəcək. Bu barədə Trend-ə şənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən deyiblər.
Azərbaycan ərazisində külək sabaha kimi tədricən sakitləşəcək - Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 9 aprel/ Trend, müxbir A.Tağıyeva/

Cümə günü Azərbaycan ərazisində başlayan küləkli hava sabaha kimi tədricən sakitləşəcək. Bu barədə Trend-ə şənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən deyiblər.

Sürəti saniyədə 25-28 metr olan külək ölkənin qərb hissəsində - Daşkəsən, Qazax rayonlarında və Gəncə şəhərində qeydə alınıb, - departamentdən bildiriblər.

Nazirlik mümkün güclü külək barəsində əvvəlcədən xəbərdarlıq edib.

Gözlənilir ki, bazar günü külək sakitləşəcək, - departamentdən deyiblər.

Xəbər lenti

Xəbər lenti