...

Azərbaycan ərazisində həftənin ilk iş günü yağmurlu olacaq

Cəmiyyət Materials 1 May 2011 21:20 (UTC +04:00)
Sabah Azərbaycanda havanın dəyişkən buludlu, qısamüddətli yağmur lu olacağı gözlənilir.
Azərbaycan ərazisində həftənin ilk iş günü yağmurlu olacaq

Azərbaycan, Bakı, 1 may /Trend/

Sabah Azərbaycanda havanın dəyişkən buludlu, qısamüddətli yağmurlu olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar günü Trend-ə bildirilib ki, mayın 2-də Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur gecə 8-11°, gündüz 15-19° isti olacaq.

Bakıda gecə 8-10° isti, gündüz 16-18° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 2-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Temperatur gecə 7-12 , gündüz 14°-18 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti