...

Ukraynalı mütəxəssislər azərbaycanlı həkimlər üçün təlim kursu təşkil edəcəklər

Cəmiyyət Materials 2 May 2011 13:42 (UTC +04:00)
Ukraynalı mütəxəssislər azərbaycanlı həkimlər üçün təlim kursu təşkil edəcəklər. Bu barədə Trend-ə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ukraynalı mütəxəssislər azərbaycanlı həkimlər üçün təlim kursu təşkil edəcəklər

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir T.Hacıyev/

Ukraynalı mütəxəssislər azərbaycanlı həkimlər üçün təlim kursu təşkil edəcəklər. Bu barədə Trend-ə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, mayın 3-də "Çıraq Plaza" biznes mərkəzində Ukrayna Dövlət Tibb Universitetinin kafedra müdiri, professor, tibb elmləri doktoru Aleksandr Beryanov və tibb elmləri doktoru, travmatoloq Vyaçeslav Yevseyenkonun iştirakı ilə milli komandaların həkimləri üçün oynaqdaxili inyeksiya metodikası üzrə təlim-tədris məşğələləri keçiriləcək.

Məşğələ prosesində Azərbaycanın aparıcı idmançılarının oynaqlarının müayinəsi və ilkin müalicəsi nəzərdə tutulub.

Məşğələlərin nəticəsi olaraq idman həkimlərinə xüsusi sertifikatlar veriləcək.

Xəbər lenti

Xəbər lenti