...

Azərbaycan Mətbuat Şurasında Dünya Mətbuat Azadlığı Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 3 May 2011 16:00 (UTC +04:00)
Çərşənbə axşamı Azərbaycan Mətbuat Şurasında 3 may Dünya Mətbuat Azadlığı Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Mətbuat Şurasında Dünya Mətbuat Azadlığı Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Fotoşəkillər əlavə olunub (birinci xəbər 13:19 -da yayılıb)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir T.Hacıyev/

Çərşənbə axşamı Azərbaycan Mətbuat Şurasında 3 may Dünya Mətbuat Azadlığı Gününə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirin təşkilatçılarından UNESCO-nun Azərbaycan Milli Komitəsinin birinci katibi Günay Əfəndiyeva bildirib ki, Azərbaycanda mətbuatın inkişafı prosesi gedir, dövlət başçısı tərəfindən bu sahəyə diqqət göstərilir. Azərbaycan Prezidenti bu sahədə gördüyü işlərə görə müxtəlif mükafatlara layiq görülüb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, internet jurnalistikasının inkişafı BMT-nin diqqət mərkəzindədir. BMT baş katibi bununla bağlı dünya dövlətlərinin rəhbərlərinə müraciətlər ünvanlayıb.

Beynəlxalq Mətbuat İnstitutu (İPİ) Azərbaycan Milli Komitəsinin sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlu isə çıxışında bildirib ki, son 10 ildə 788 jurnalist qətlə yetirilib. Bu hadisələrin əksəriyyəti Pakistan, Əfqanıstanla yanaşı Honduras, Meksika kimi ölkələrdə baş verib.

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə bildirib ki, rəhbərlik etdiyi Fond tərəfindən jurnalistlərin peşəkarlığının artırılması üçün çoxsaylı treninqlər, yazı müsabiqələri keçirilib, qəzet redaksiyalarına maddi
yardımlar ayrılıb. Ötən il yazı müsabiqələrində 150 nəfər qalib olub və hər qalib 1000 manat mükafat alıb. Bu il Fondun büdcəsi artırılaraq 2 milyon 400 min manata çatdırılıb.

Xəbər lenti

Xəbər lenti