...

Bu ilin I rübündə Azərbaycanda insan alveri ilə bağlı 43 fakt aşkarlanıb

Cəmiyyət Materials 5 May 2011 12:14 (UTC +04:00)
Bu ilin birinci rübündə insan alveri ilə bağlı 43 fakt aşkarlanıb. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin şöbə müdiri Şahin Qocayev deyib.
Bu ilin I rübündə Azərbaycanda insan alveri ilə bağlı 43 fakt aşkarlanıb

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin birinci rübündə insan alveri ilə bağlı 43 fakt aşkarlanıb. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin şöbə müdiri Şahin Qocayev deyib.

Onun sözlərinə görə, insan alveri faktı üzrə 11 nəfər müqəssir şəxs qismində məsuliyyətə cəlb olunub. 18 nəfər isə insan alveri qurbanı müəyyən edilib.

Qocayev deyib ki, hesabat dövründə idarənin "qaynar xətti"nə 4 650 müraciət daxil olub, bunlardan yalnız birində insan alveri cinayəti təsdiq edilib.

2010-cu il ərzində insan alverinə qarşı mübarizədə idarə tərəfindən 70 fakt aşkar edilib. Onun sözlərinə görə, həmin işlər üzrə 39 nəfər müqəssir şəxs qismində məsuliyyətə cəlb olunub, 34 nəfər insan alveri qurbanı müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti