...

Bakı Dövlət Universitetində Gül festivalı keçirilib (FOTO)

Cəmiyyət Materials 10 May 2011 16:15 (UTC +04:00)
Trend-in məlumatıma görə, BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, festivalda paytaxtdakı əksər ali məktəblər təmsil olunub.
Bakı Dövlət Universitetində Gül festivalı keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş Gül festivalı keçirilib.

Trend-in məlumatıma görə, BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, festivalda paytaxtdakı əksər ali məktəblər təmsil olunub.

"Burada iştirakçılar ümummilli liderimizi necə təsəvvür etdiklərini göstərməyə çalışıblar. Bu tədbir onu göstərir ki, bu gün Azərbaycan gəncliyi düzgün yoldadır, gənclər ümummilli liderimizin müəyyənləşdirdiyi ideya ilə yaşayırlar. Bu da ondan xəbər verir ki, Azərbaycanın böyük, işıqlı gələcəyi var. Bu gənclər Azərbaycanın bayrağını ən yüksək zirvəyə qaldıra biləcəklər. Bizi sevindirən odur ki, gənc nəsil öz borcunu vaxtında başa düşür və vaxtında Heydər Əliyev addımları ilə irəli gedir", - Məhərrəmov deyib.

Rektor əlavə edib ki, bu tədbirin növbəti illərdə daha geniş şəkildə keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti