...

"Avroviziya 2011" müsabiqəsinin qalibləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyublar (FOTO)

Cəmiyyət Materials 16 May 2011 13:13 (UTC +04:00)
"Avroviziya 2011" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal bu gün Heydər Əliyevin adını daşıyan parkda ümummilli liderin abidəsi önünə gül qoyublar.
"Avroviziya 2011" müsabiqəsinin qalibləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyublar (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər saat 11:44-də dərc edilib)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İsabalayeva/

"Avroviziya 2011" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov Nigar Camal bu gün Heydər Əliyevin adını daşıyan parkda ümummilli liderin abidəsi önünə gül qoyublar.

Trend-in məlumatına görə, Eldar Qasımov jurnalistlərə açıqlamasında bu beynəlxalq yarışmada qələbələrini Azərbaycan xalqının qələbəsi kimi qiymətləndirib.

"Biz qələbəmizə çox sevinirik. Bu, tək bizim yox, həm də Azərbaycan xalqının qələbəsidir. Bizi dəstəklədiyinizə görə, hər birinizə təşəkkür edirik. Arxamızda olduğunuz və bizə dəstək göstərdiyiniz üçün minnətdarıq",- Qasımov deyib.

Müsabiqədə "Running Scared" mahnısı ilə Azərbaycanı təmsil edən Nigar və Eldar bu gün gecə saatlarında Bakıya qayıdıblar.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et!) idi. Müsabiqənin sonunda SMS-səsvermə və peşəkar jüri seçimi nəticəsində "Avroviziya 2011"-in qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell&Nikki - "Running Scared").

Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri isə İsveç (Eric Saade - "Popular" - 185 xal) tutdu.

Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xalı isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova veriblər.

Xəbər lenti

Xəbər lenti