...

Azərbaycanda vergi, ədliyyə və miqrasiya orqanlarında işə qəbul üçün imtahan keçiriləcək

Cəmiyyət Materials 20 May 2011 12:39 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 22-də Vergilər Nazirliyi ilə birgə vergi orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Trend-in məlumatına görə, TQDK sədrinin müavini Namiq Babayev cümə günü keçirilən mətbuat konfransında bildirib ki, imtahanda iştirak etmək istəyən 1618 nəfərin namizədliyi qeydə alınıb.
Azərbaycanda vergi, ədliyyə və miqrasiya orqanlarında işə qəbul üçün imtahan keçiriləcək

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 22-də Vergilər Nazirliyi ilə birgə vergi orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Trend-in məlumatına görə, TQDK sədrinin müavini Namiq Babayev cümə günü keçirilən mətbuat konfransında bildirib ki, imtahanda iştirak etmək istəyən 1618 nəfərin namizədliyi qeydə alınıb.

Onun sözlərinə görə, mayın 22-də Azərbaycanın miqrasiya orqanlarında qulluğa qəbul olmaq istəyən namizədlər üçün də test imtahanı keçiriləcək. İmtahanda iştirak etmək üçün 528 nəfər sənəd verib.

İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

Mayın 21-də Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün keçirilən test imtahanında isə 258 nəfərin iştirakı gözlənilir.

Bu imtahanda 55 və dаhа çох bаl tоplаyan namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaqlar.

Xəbər lenti

Xəbər lenti