...

Respublika Günü münasibəti ilə məhkumlar arasında breyn-rinq yarışması keçirilib (FOTO)

Cəmiyyət Materials 27 May 2011 15:14 (UTC +04:00)
Azərbaycanda 28 may - Respublika Günü münasibəti ilə məhkumlar arasında breyn-rinq yarışması keçirilib.
Respublika Günü münasibəti ilə məhkumlar arasında breyn-rinq yarışması keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda 28 may - Respublika Günü münasibəti ilə məhkumlar arasında breyn-rinq yarışması keçirilib.

Trend-in məlumatına görə, 15 saylı cəzaçəkmə müəssisəsində təşkil olunan yarışmada 9 saylı cəzaçəkmə müəssisəsinin "Xəzər", 14 saylı müəssisənin "Qaradağ", 15 saylı müəssisənin "Turan", 16 saylı müəssisənin "İstiqlal" komandaları iştirak edib.

Yarışma iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı barədə və idman sahəsində suallar verilib. 16 saylı müəssisənin "İstiqlal" komandası qalib olub. Qaliblərə hədiyyələr verilib.

Həmin gün müəssisənin məhkumları arasında qol güləşi yarışı da keçirilib.

Həmin müəssisədə Respublika Günü ilə bağlı məhkumların əl işlərindən ibarət sərgi nümayiş olunub.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, QHT nümayəndələri cəzaçəkmə müəssisəsindəki idman komleksi, komyuter zalı ilə tanış olub, məhkumların əl işlərindən ibarət sərgiyə tamaşa edib, müəssisədə keçirilən idman və intellektual yarışmalara tamaşa ediblər.

Xəbər lenti

Xəbər lenti