...

Səhiyyə Nazirliyi həkimlər üçün keçirdiyi növbəti imtahanların nəticələrini açıqlayıb

Cəmiyyət Materials 9 İyun 2011 12:08 (UTC +04:00)
Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası məqsədilə keçirdiyi növbəti imtahanların nəticələrini açıqlayıb.
Səhiyyə Nazirliyi həkimlər üçün keçirdiyi növbəti imtahanların nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İ.İsabalayeva/

Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası məqsədilə keçirdiyi növbəti imtahanların nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, iyunun 8-də məhkəmə-tibbi ekspertiza və endokrinologiya ixtisasları üzrə keçirilmiş imtahanlarda 50 həkim iştirak edib. Onlardan 5-i 100 bal toplayaraq ən yüksək nəticə göstərib.

Ümumilikdə imtahanda iştirak edən həkimlərin hər biri uğurlu nəticələr əldə edərək növbəti mərhləyə - müsahibəyə buraxılıblar.

Növbəti test imtahanı laboratoriya işi ixtisası üzrə iyunun 22-də keçiriləcək.

Azərbaycanda həkimlərin sertifikasiyasına bu ilin yanvarından başlanılıb. Sertifikasiyadan keçən həkimlər növbəti beş ildə tibbi və əzcaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ qazanırlar.

Xəbər lenti

Xəbər lenti