...

Azərbaycanın daxili işlər naziri Göyçayda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 9 İyun 2011 17:35 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyulun 9-da Göyçay şəhərində daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşların qəbulunu keçirəcək.
Azərbaycanın daxili işlər naziri Göyçayda vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyulun 9-da Göyçay şəhərində daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşların qəbulunu keçirəcək. Trend-in məlumatına görə, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Həmin gün daxili işlər naziri rayon polis şöbəsində Göyçay, Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir, Ağdaş rayonlarının bir qrup sakinini qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti