...

Doktoranturaya qəbul imtahanları ilə bağlı elan avqustun 15-20-də açıqlanacaq

Cəmiyyət Materials 13 İyul 2011 14:34 (UTC +04:00)
Azərbaycanda doktoranturaya qəbul imtahanları ilə bağlı elan avqustun 15-20-də açıqlanacaq.
Doktoranturaya qəbul imtahanları ilə bağlı elan avqustun 15-20-də açıqlanacaq

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda doktoranturaya qəbul imtahanları ilə bağlı elan avqustun 15-20-də açıqlanacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Arif Həşimov deyib.

Onun sözlərinə görə, elan mətbuatda çap ediləcək.

Həşimov bildirib ki, sənəd qəbulu 1 ay davam edəcək.

AMEA-nın vitse-prezidentinin sözlərinə görə, plan yerlərində dəyişiklik yoxdur. Lakin müəssisə daxilində hansısa ixtisaslar üzrə plan yerləri boş qalarsa, başqa ixtisaslardan oraya köçürmələr ola bilər.

Xəbər lenti

Xəbər lenti