...

Azərbaycan hökuməti yaşayış yeri olmayan prokurorluq işçilərinə veriləcək kompensasiyaların məbləğini müəyyənləşdirib

Cəmiyyət Materials 14 İyul 2011 13:15 (UTC +04:00)
Azərbaycan hökuməti prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan prokurorluq işçilərinə veriləcək pil kompensasiyalarının məbləğini müəyyənləşdirib.
Azərbaycan hökuməti yaşayış yeri olmayan prokurorluq işçilərinə veriləcək kompensasiyaların məbləğini müəyyənləşdirib

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan prokurorluq işçilərinə veriləcək pul kompensasiyalarının məbləğini müəyyənləşdirib.

Trend-in məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası"nı təsdiq edib.

Qaydalarda qulluq keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyası aşağıdakı məbləğlərdə müəyyən edilib.

Bakı şəhərində - 47 manat, başqa şəhər və rayon mərkəzlərində - 33 manat, digər yaşayış məntəqələrində - 27 manat.

Bu kompensassiyaların hər ay verilməsi nəzərdə tutulub.

Prokurorluq işçilərinə qulluq keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının verilməsi üçün prokurorluq işçisinin ərizəsi (təqriri); Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq şəhər, rayon ərazi idarələri tərəfindən prokurorluq işçisinin qulluq etdiyi müvafiq prokurorluq orqanının yerləşdiyi ərazidə onun mülkiyyətində mənzilin (yaşayış sahəsinin) olub-olmaması haqqında verilən arayış, müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş sənəd, xidmət yeri üzrə mənzillə (yaşayış sahəsi ilə) təmin olunub-olunmaması barədə arayış tələb olunur.

Qeyd edilən sənədlər hər il yenidən toplanaraq, prokurorluq orqanının maliyyə qurumuna təqdim edilməlidir.

Baş Prokurorluq tərəfindən xidməti mənzillə (digər yaşayış sahəsi ilə) təmin edilmiş prokurorluq işçilərinə müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası ödənilmir.

Qaydada göstərilən maliyyələşdirmə məsələləri Baş Prokurorluğa dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti