...

Boşanma prosesi mürəkkəbləşdirilməlidir - Konstitusiya Məhkəməsinin sədri

Cəmiyyət Materials 14 İyul 2011 15:34 (UTC +04:00)
Azərbaycan Konstitusiya Məhkəməsinin sədri boşanma prosesinin mürəkkəbləşdirilməsinin tərəfdarıdır.
Boşanma prosesi mürəkkəbləşdirilməlidir - Konstitusiya Məhkəməsinin sədri

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Konstitusiya Məhkəməsinin sədri boşanma prosesinin mürəkkəbləşdirilməsinin tərəfdarıdır.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Trend-ə bildirib ki, 2000-ci ilə qədər qüvvədə olan qanunvericilikdə boşanmaq üçün məhkəmədə iddia qaldırılan zaman tərəflərə barışıq üçün vaxt verilirdi və bu müddət ərzində məhkəmə boşanmanın səbəblərini araşdırırdı.

Abdullayevin sözlərinə görə, məhkəmə boşanma üçün əsaslı səbəb müəyyən etməsəydi, boşanma ilə bağlı tərəfin iddiası rədd edilirdi.

"Yeni qanunvericilikdə isə tərəflərə barışıq üçün vaxt verilir. Bu müddət ərzində tərəflər birgə yaşamaq barədə razılığa gəlməsə, tərəflərdən birinin istəyi ilə məhkəmə mütləq olaraq boşanma barədə qərar qəbul edir", - məhkəmə sədri deyib.

Abdullayev hesab edir ki, boşanma prosesinin sadə olması Azərbaycanda boşanmaların sayının artmasına təsir edən amillərdən biridir.

"İnsan azadlığı baxımından qanunvericilikdə boşanmaya belə münasibət var. Şəxs əri, yaxud arvadı ilə daha yaşamaq istəmirsə, bu onun hüququ hesab olunur və bu səbəbdən məhkəmə onun istəyi ilə boşanma barədə qərar verir. Lakin ailənin qorunub saxlanması cəmiyyət üçün, gələcək nəsillər üçün vacibdir. Bu baxımdan düşünmək lazımdır. Məhkəmələrin ailənin bütövlüyünü qoruyub saxlamaq üçün gücü yoxdur. Qanunvericilik buna imkan vermir. Qanunvericilikdə bu məsələ ilə əlaqədar dəyişiklik olarsa, boşanma prosesi mürəkkəbləşdirilərsə, məhkəmələrin də ailələri qorumaq imkanı olar", - məhkəmə sədri vurğulayıb.

İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi ailə qanunvericiliyinə əlavə və dəyişikliklər paketi hazırlayıb.
Paketə Ailə Bərpa Mərkəzinin (və ya İctimai Ailə Məhkəməsinin) və Dövlət Aliment Fondunun yaradılması, nikah yaşının artırılması, boşanma prosesinin mürəkkəbləşdirilməsi, alimenti könüllü ödəməyən valideyn üçün müxtəlif formalı cəzaların tətbiqi və s. daxildir.

Xəbər lenti

Xəbər lenti