Azərbaycan, Bakı, 18 iyul /Trend/
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Bakının "Neftçi" və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandaları arasında keçiriləcək qarşılaşmanı idarə edəcək baş hakim dəyişdirilib. Trend-in məlumatına görə, bu barədə AFFA-dan bazar ertəsi bildirilib.
İyulun 19-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda zədəli olduğuna görə estoniyalı laysman Marko Leevandı rusiyalı Tixon Kaluqin əvəz edəcək.
Avropa Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 13-də keçirilən ilk görüşdə "Dinamo" Zaqreb "Neftci"ni 3-0 hesabı ilə məğlub edib.