...

Xəzəryanı dövlətlər dənizdə neft sızmalarının xəbərdar edilməsinə dair sənəd imzalayıblar

Cəmiyyət Materials 13 Avqust 2011 12:10 (UTC +04:00)
Dünən Xəzəryanı dövlətlərin rəsmi nümayəndələri Aktauda neftlə çirklənməyə səbəb olan insidentlər zamanı reaksiya və əməkdaşlığa dair regional hazırlıq barədə sənədi imzalayıblar.
Xəzəryanı dövlətlər dənizdə neft sızmalarının xəbərdar edilməsinə dair sənəd imzalayıblar

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Dünən Xəzəryanı dövlətlərin rəsmi nümayəndələri Aktauda neftlə çirklənməyə səbəb olan insidentlər zamanı reaksiya və əməkdaşlığa dair regional hazırlıq barədə sənədi imzalayıblar. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər verib. Aktauda "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə (Tehran) Konvensiyasının üçüncü iclası keçirilib.

Tehran Konvensiyasının Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan tərəfindən 2003-cü ildə imzalanmasına baxmayaraq, ölkələr arasında dəniz mühitinin qorunmasına yönələn iş əlaqələndirilməyib. Təkcə reaksiya üzrə protokolun razılaşdırılması 8 il çəkib.

Qazaxıstanın ətraf mühitin mühafizəsi naziri Nurqali Aşimovun qeyd etdiyinə görə, sənədin mahiyyəti ondan ibarətdir ki, "beş ölkə bütün mümkün qəzalara operativ reaksiya vermək, bir-birini xəbərdar etmək barədə öhdəlik götürürlər".

Xəzəryanı dövlətlərin nümayəndələri mübahisəli məsələlərin həlli və Tehran Konvensiyasının digər protokollarının razılaşdırılması üzrə dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti