...

Natural Greenland konserv Zavodu mərkəzi aran bölgəsində pomidor mövsümü ilə əlaqədar 24 saatlıq iş rejiminə keçib

Cəmiyyət Materials 16 Avqust 2011 10:59 (UTC +04:00)
Natural Greenland konserv Zavodu mərkəzi aran bölgəsində pomidor mövsümü ilə əlaqədar 24 saatlıq iş rejiminə keçib
Natural Greenland konserv Zavodu mərkəzi aran bölgəsində pomidor  mövsümü ilə əlaqədar 24 saatlıq iş rejiminə keçib

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Biləsuvarda ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə təntənəli açılışı olan Natural Greenland konserv Zavodu mərkəzi aran bölgəsində pomidor mövsümü ilə əlaqədar 24 saatlıq iş rejiminə keçib.

"Azərsun"un mətbuat xidmətinin yaydığı məlumata görə, bölgədə məhsuldarlığı nəzərə alaraq, fermerlərdən toplanan məhsulların birbaşa istehsala göndərilməsi üçün zavod iş həcmini və iş növbəsini artırıb. Zavoddan bildirirlər ki, İmişli-Biləsuvar regionunda və yaxın ərazilərdə pomidor yetişdirən fermerlər kiloqramı 9 qəpik olmaqla məhsullarını zavoda təhvil verə bilərlər.

Hazırda zavodda mürəbbə, tomat pastası, tərəvəz turşuları, kompot istehsal olunmaqdadır.
2010-cu ildən fəaliyyət göstərən və tarlada yerləşən Natural Greenland konserv zavodunda yüksək keyfiyyətli məhsul istehsalı üçün müasir labarotoriyalar, modern texnoloji avadanlıqlar quraşdırılmışdır. Zavodda əməyin mühafizəsinə və texniki təhlükəsizliyə ciddi riayət olunmaqla yanaşı, istehsal prosesinin gigiyenik olmasına ciddi nəzarət olunur. Bir daha pomidor yetişdirən fermerləri məhsullarını zavoda gətirməyə dəvət edirik.

Xəbər lenti

Xəbər lenti