...

ADA-nın Kitab Mərkəzi usağlar üçün film nümayişi keçirib (FOTO)

Cəmiyyət Materials 17 Sentyabr 2011 19:01 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasının Kitab Mərkəzi 3-6 yaş arası körpə balalar üçün məşhur "Maşınlar" ("Cars") çizgi filminin nümayişini keçirib. Bu barədə Trend-ə ADA-nın mətbuat xidmətindən bildirilib.
ADA-nın Kitab Mərkəzi usağlar üçün film nümayişi keçirib (FOTO)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Azərbaycan Diplomatik Akademiyasının Kitab Mərkəzi 3-6 yaş arası körpə balalar üçün məşhur "Maşınlar" ("Cars") çizgi filminin nümayişini keçirib. Bu barədə Trend-ə ADA-nın mətbuat xidmətindən bildirilib.

Son illərin ən uğulu layihələrindən olan "Maşınlar", iki dəfə Oskar mükafatına namizəd göstərilib.

50-ə yaxın balacanın toplandığı tədbirdə onlar yol qaydalarının mahiyyəti, qadağan edici yol işarələri, aktiv hərəkəti olan nəqliyyat dəhlizlərində davranış qaydaları barədə məlumat verildi. Daha sonra uşaqların zehni inkişafı gücləndirən digər oyunlara cəlb olundu, onlar maraqlı uşaq kitabları oxudu, viktorinalarda iştirak etdilər.

Balacalara qoşulanlar arasında valideyinlər, ADA-nın işçiləri də var idi.

ADA-nın Kitab Mərkəzi, ictimayyətin bütün təbəqlərinin maarifləndirilməsi, asüdə vaxtlarının faydalı keçirilməsi üçün tədbirlərini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti