...

Azərbaycan və Rusiya sərhədində keçirilən əməliyyat tədbirləri davam etdirilir

Cəmiyyət Materials 24 Sentyabr 2011 16:03 (UTC +04:00)
"Sərhəd-2011" şərti adı altında keçirilən əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan və Rusiya sərhədində keçirilən əməliyyat tədbirləri davam etdirilir

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

"Sərhəd-2011" şərti adı altında keçirilən əməliyyat tədbirləri davam etdirilir.

Trend-in şənbə günü DİN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, "Sərhəd-2011" şərti adı altında keçirilən əməliyyat tədbirləri nəticəsində Zaqatala rayonu ərazisindən yabanı halda bitmiş ümumi çəkisi 2 ton 110 kiloqram olan 3 min 240 ədəd çətənə kolu yığılaraq məhv edilib.

Qusar rayonu ərazisindən 1 ədəd AKSU markalı avtomat silahı, 1 ədəd güllə darağı, 2 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngləri və 52 ədəd avtomat patronu tapılıb.

Şəki şəhəri ərazisindən yabanı halda bitmiş ümumi çəkisi 4 ton olan 29 min ədəd çətənə kolu yığılaraq məhv edilib.

Balakən rayonu ərazisindən 1 ədəd AKS markalı avtomat silahı, 1 ədəd "Voltran" markalı qaz tapançası, 1 ədəd güllə darağı və 8 ədəd avtomat patronu tapılıb.

Azərbaycan və Rusiya sərhədində keçirilən "Sərhəd-2011" əməliyyatlarının sentyabrın 25-dək başa çatması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti