...

Azərbaycan sinoptikləri meteohəssas insanlara xəbərdarlıq edir

Cəmiyyət Materials 29 Sentyabr 2011 12:52 (UTC +04:00)
Sentyabrın 30-da Abşeron yarımadasında güclü gilavar küləyinin oktyabrın 1-də güclü xəzri küləyi ilə əvəz olunacağı, temperaturun xeyli enəcəyi, arabir yağış yağacağı, oktyabrın 2-də yenidən arabir güclənən gilavar küləyinə keçəcəyi gözlənilir.
Azərbaycan sinoptikləri meteohəssas insanlara xəbərdarlıq edir

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Sentyabrın 30-da Abşeron yarımadasında güclü gilavar küləyinin oktyabrın 1-də güclü xəzri küləyi ilə əvəz olunacağı, temperaturun xeyli enəcəyi, arabir yağış yağacağı, oktyabrın 2-də yenidən arabir güclənən gilavar küləyinə keçəcəyi gözlənilir. Belə təzadlı dəyişkən hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Bu barədə cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18, gündüz 24-29 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri sabit keçəcəyi, şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəscək.

Havanın temperaturu gecə 11-16, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti