...

Leysan yağışları Bakıda telekommunikasiya infrastrukturunun işinə təsir etməyib

Cəmiyyət Materials 1 Oktyabr 2011 12:59 (UTC +04:00)
Bakıda leysan yağışları hələlik şəhərin telekommunikasiya infrastrukturunun işinə təsir etməyib.
Leysan yağışları Bakıda telekommunikasiya infrastrukturunun işinə təsir etməyib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir H.Vəliyev/

Bakıda leysan yağışları hələlik şəhərin telekommunikasiya infrastrukturunun işinə təsir etməyib. Trend-in məlumatına görə, bunu Azərbaycanın digər stasionar və mobil rabitə operatorları kimi, ilkin provayderlər də təsdiqləyirlər.

Hazırda bütün kabel-kanalizasiya sistemlərində heç bir nasazlıq müşahidə olunmur.

Hava şəraiti ilə əlaqədar Bakıda stasionar rabitə operatorunun texniki dəstək xidməti gücləndirilmiş rejimdə işləyir. Paytaxtda "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin briqadaları leysan yağışları ilə əlaqədar yaranan problemləri aradan qaldırmaq üçün növbə çəkir.

Bakıda güclü yağışlar sabah günortaya gədər davam edəcək.

Bakıda və Abşeron yarımadasında düşən yağış gündəlik iqlim normasından nisbətən çoxdur.

Cümə günündən şənbə gününə keçən gecə Azərbaycan paytaxtında güclü leysan yağışlar başlayıb. Sinoptiklər bazar günü də yağıntıların olacağını bildiriblər.

Xəbər lenti

Xəbər lenti