...

Azərbaycanda avtomobillərin dövlət qeydiyyatı və daimi uçotu prosesində "bir pəncərə" sistemi tətbiq ediləcək

Cəmiyyət Materials 29 Oktyabr 2011 12:19 (UTC +04:00)
Azərbaycanda nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi prosesi "bir pəncərə" sistemi ilə həyata keçiriləcək.
Azərbaycanda avtomobillərin dövlət qeydiyyatı və daimi uçotu prosesində "bir pəncərə" sistemi tətbiq ediləcək

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi prosesi "bir pəncərə" sistemi ilə həyata keçiriləcək. Trend-in məlumatına görə, bu barədə "Yol hərəkəti haqqında" qanuna təklif olunan dəyişikliklərdə nəzərdə tutulub.

Dəyişikliklərdə Baş Dövlət Yol Polisi İdarəsində "bir pəncərə"nin təşkili nəzərdə tutulub.

Həmçinin, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanının yaradılması və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) elektron formada məlumat verilməsi də nəzərdə tutulub.

Qeyd olunan hərəkətlərin həyata keçirilməsi zamanı tələb olunan dövlət rüsumunun və verginin yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilməsi ilə bağlı qanuna dəyişiklik təklif olunub.

Nəqliyyat vasitəsinin dövlət qeydiyyatını və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsi zamanı növbələrin yaranmaması üçün sənədlərin qəbulu və verilməsi məqsədilə elektron idarəetmə sistemi yaradılacaq.

Xəbər lenti

Xəbər lenti