Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın tanınmış yazıçısı Rafiq Tağının bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Rafiq Tağı noyabrın 19-da paytaxtın Xətai prospektindəki dayanacaqda naməlum şəxslər tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən yazıçı əməliyyat olunub.
Azərbaycanda yazıçının bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanıb
Azərbaycanın tanınmış yazıçısı Rafiq Tağının bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanıb