...

BMTİP Azərbaycanda Qlobal Saziş Şəbəkəsinin fəaliyyətinin rəsmi başlanğıcını həyata keçirəcək

Cəmiyyət Materials 29 Noyabr 2011 10:00 (UTC +04:00)
Noyabrın 30-da BMT-nin İnkişaf Proqramı Azərbaycanda Qlobal Saziş Şəbəkəsinin fəaliyyətinin rəsmi başlanğıcını həyata keçirəcək.
BMTİP Azərbaycanda Qlobal Saziş Şəbəkəsinin fəaliyyətinin rəsmi başlanğıcını həyata keçirəcək

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Noyabrın 30-da BMT-nin İnkişaf Proqramı Azərbaycanda Qlobal Saziş Şəbəkəsinin fəaliyyətinin rəsmi başlanğıcını həyata keçirəcək.

BMT-nin Azərbaycan nümayəndəliyindən Trend-ə verilən məlumata görə, BMT-nin 2000-ci ilin iyul ayında işə başlayan Qlobal Sazişi (QS) məsuliyyətli və davamlı ümumi siyasətlərin və təcrübələrin inkişaf etdirilməsi, həyata keçirilməsi və açıqlanması üçün başlıca platformadır.

İcra rəhbərləri tərəfindən qəbul olunmaqla, o, hər bir sahədə biznes əməliyyatlarını və strategiyalarını insan hüquqları, əmək, ətraf-mühit və korrupsiya əleyhinə ümumdünya səviyyəsində qəbul olunmuş on prinsipə uyğunlaşdırmağı məqsəd kimi qarşıya qoyub.

Azərbaycanda QS prosesinə 2006-cı ildə bir sıra özəl müəssisələr və yardım təşkilatları QS-də iştiraka maraq göstərdikləri vaxt başlanılıb.

Keçən dövr ərzində BMTİP AZPROMO ilə birgə və "Statoil" şirkəti tərəfindən maliyyələşmə ilə özəl sektor və vətəndaş cəmiyyəti təşkilatları arasında QS və korporativ sosial məsuliyyət haqqında maarifləndirməyə və Azərbaycandakı QS üzvlərinin qlobal forumlarda və şəbəkələrdə iştirakına dəstək göstərib.

Layihə əvvəlki yanaşmalar və nailiyyətlər üzərində qurulub. Bu layihənin ümumi strategiyası QS-nin Azərbaycanda davamlı mövcudluğunu təmin etməklə və daha güclü ümumi sosial məsuliyyət və sosial iştirak mexanizmi qismində özəl sektorun imkanlarını artırmaqla onun inkişafına yardım göstərməkdir.

QS üzrə Yerli Şəbəkə yaratmaqla, layihənin məqsədi aparıcı şirkətlərin QS prinsiplərini yerinə yetirmə öhdəliyi vasitəsilə ümumi sosial məsuliyyəti inkişaf etdirmə və təbliğ etmə, müasir biznes təcrübəsinin beynəlxalq standartlarına riayət etməklə yerli biznes müəssisələrinin rəqabət qabiliyyətini artırmaqdır.

Azərbaycanda Qlobal Sazişin yerli şəbəkəsi QS prinsiplərinə öz sədaqətini bəyan edən şirkətlər, biznes assosiasiyaları və qeyri-kommersiya təşkilatları qrupudur.

Şəbəkənin məqsədi QS prinsiplərinin təbliğ olunması və inkişaf etdirilməsi və gələcəkdə Korporativ Sosial Məsuliyyətin ölkədə tətbiq edilməsidir.

Bu şəbəkə sosial investisiyalar, gənclərin inkişafı, təhsil, xeyriyyəçilik və digər sahələrdə müxtəlif tərəfdaşlıq layihələrini həyata keçirəcək.

Azərbaycanda QS şəbəkəsinin rəsmi başlanğıcı "Statoil" tərəfindən maliyyələşdirilən UNDP (BMTİP) layihəsi çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti