...

Azərbaycan hökumətinə "Xruşovka" layihəli binaların bərkidilməsi barədə təklif veriləcək

Cəmiyyət Materials 8 Dekabr 2011 14:39 (UTC +04:00)
Azərbaycan hökumətinə "Xuruşovka" layihəli binaların müəyyən formada bərkidilməsi və ya digər işlər görülməsi barədə təklif veriləcək.
Azərbaycan hökumətinə "Xruşovka" layihəli binaların bərkidilməsi barədə təklif veriləcək

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hökumətinə "Xruşovka" layihəli binaların müəyyən formada bərkidilməsi və ya digər işlər görülməsi barədə təklif veriləcək. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

"Biz hökumətə təklif verəcəyik ki, "Xruşovka" layihəli binalarda gələcəkdə hansısa formada bərkitmə işləri aparılsın, ya da onlar dəyişdirilsin", - Heydərov deyib.

Nazir əlavə edib ki, bu, dünya təcrübəsində də var, bizim təcrübəmizdə də yaxınlarda tətbiq ediləcək.

Onun sözlərinə görə, Azərbaycanda sovet dövründə və ondan qabaq inşa olunmuş binalar var ki, onlar öz istismar müddətini başa vurub. Fövqəladə Hallar Nazirliyi tərəfindən bu binalar təhlil edilir.

Xəbər lenti

Xəbər lenti