Azərbaycan, Bakı, 5 yanvar / Trend müxbir M.Əliyev/
Avropa Şurasında gənclərlə bağlı layihələrin Azərbaycanda həyata keçirilməsi müzakirəyə olunacaq.
Gənclər və İdman Nazirliyinin (GİN) Gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev cümə axşamı Trend-ə bildirib ki, Avropa Şurasının Gənclərlə iş üzrə hökümətlərarası Daimi Komitəsinin yanvar ayının 18-22 keçiriləcək iclasında Cənubi Qafqaz bölgəsinə diqqətin artırılması məsələsi qaldırılacaq.
"Əsasən Azərbaycanda olan gənclərin daha çox Avropada reallaşan layihələrdə iştirakının artırılması, Avropadakı layihələrin Azərbaycanda həyata keçirilməsi məsələsi qaldırılacaq", - o deyib.
2011-ci ilin mart ayından Komitənin büro üzvü kimi fəaliyyət göstərən Hacıyev bildirib ki, qeyd olunan mövzular Azərbaycan nümayəndə heyəti tərəfindən belə tədbirlərdə daima diqqət mərkəzində saxlanılır.