...

Sabah Bakıda 12 dərəcə isti olacaq

Cəmiyyət Materials 7 Yanvar 2012 11:54 (UTC +04:00)
Sabah Bakıda 12 dərəcə isti olacaq.
Sabah Bakıda 12 dərəcə isti olacaq

Azərbaycan, Bakı, 7 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Sabah Bakıda 12 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən şənbə günü Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən yağmursuz keçəcək.

Səhər duman, çiskin, axşam bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava gündüz əsasən yağmursuz olacaq. Gecə və axşam bəzi yerlərdə az yağıntılı, dumanlı olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək .

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Yaxın 2 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti