...

Kiyevdə 20 yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)

Cəmiyyət Materials 20 Yanvar 2012 18:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə Kiyev şəhərində 20 yanvar şəhidlərinin xatirəsi cümə günü "Ülviləşən Mübariz" devizi altında yad edilib.

Birliyin sədri Anar Tahirov Trend-ə bildirib ki, Azərbaycan səfirliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndələrinin, o cümlədən, bir sıra Ukrayna gənclər təşkilatları və media təmsilçilərinin qatıldığı mərasımi Ukrayna Azərbaycanlı Gənclər Birliynin sədr müavini İlhamə Allahverdiyeva açaraq Azərbyaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın keçdiyi mübarizə tarixindən danışıb.

Qeyd olunub ki,anım mərasiminin Ülviləşən Mübariz devizi altında keçirilməsində əsas məqsəd 1990-cı ilin 20 yanvar gecəsində sinəsini dövlət müstəqilliyimzə tuşlanmış gülləyə sipər edərək şəhid olan 20 yaşlı şair Ülvi Bünyadzadə ilə bu faciədən düz 20 il sonra vətənimizin bütövlüyü naminə düşmənə sarsıdıcı zərbə vuraraq qəhrəmanlıq zirvəsinə ucalmış Mübariz İbrahimovun indiki gənc nəslə örnək qoyub getdikləri ülviləşən mübarizə yolunu davam etdirməkdən ibarətdir.

Mərasimdə Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna üzrə nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, Azərbaycan səfirliyinin nümayəndəsi Ruslan Qurbanov, Ümumukrayna gənclər təşkilatlarının rəhbərləri Yuna Şeyxaliyeva, Roman Qriqorişin çıxış edərək 20 yanvar faciəsinin Azərbaycan xalqının əsl qəhrəmanlıq tarixi olduğunu vurğulayıblar. Tədbirdə çıxış edən UAGB üzvləri Araz Cəlilov, Rövşən Nəcəfov, Oksana Əliyeva, Elməddin Zərbəlizadə, Toqrul Rəsulov bu baxımdan böyük qəhrəmanlıq ənənəsinə malik olan Azərbaycan xalqının mütləq öz ərazi bütövlüyünü bərpa edəcəyini,vətən naminə canlarını fəda edənlərin xatirəsinin isə heç zaman unudulmayacağını bildiriblər. Sonra tədbirə qatılanlar Azərbaycan və Ukrayna dövlət televiziyalarının birgə layihəsi əsasıda çəkilmiş qanlı 20 yanvar faciəsi filminə, o cümlədən, Azərbaycan gənclər mərkəzində təşkil olunmuş Qanlı yanvar sərgisinə baxmaqla 22 il bundan öncə keçmiş Sovet imperiyasının Azərbaycan xalqına qarşı həyata keçirtdikləri vəhşiliklərlə tanış oldular.

Mərasimin sonunda Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək, Azərbaycan həqiqətlərinin ukrayna ictimaiyyətndə çatdırılmasında xidmətləri olan bir qrup gəncə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin ötən il Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə təsis etdiyi "Gənc Mübariz" fəxri diplomlarını təqdim edib.

Xəbər lenti

Xəbər lenti