...

Azərbaycanın ali məktəbi dünyanın 100 ən yaxşı universiteti arasında 64-cü yerdə qərar tutub

Cəmiyyət Materials 9 Fevral 2012 13:47 (UTC +04:00)
Qafqaz Universiteti dünyanın ən yaxşı universitetlərinin "100"-lüyünə düşüb.
Azərbaycanın ali məktəbi dünyanın 100 ən yaxşı universiteti arasında 64-cü yerdə qərar tutub

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir E.Mehdiyev/

Qafqaz Universiteti dünyanın ən yaxşı universitetlərinin "100"-lüyünə düşüb.

Trend-in məlumatına görə, Qafqaz Universiteti QS 2011 World University Ranking sistemi Beynəlxalq tələbə indiqatoruna görə dünyanın 100 ən yaxşı universiteti arasında 64-cü yerdə qərar tutub.

Qafqaz Universiteti bu indiqatora görə nəinki postsovet məkanının, eyni zamanda Şərqi Avropa və Yaxın Şərqin ilk universitetidir. Beynəlxalq tələbə indiqatoruna görə, Qafqaz Universiteti 90.9 xalla 64-cü yerlə ABŞ, İngiltərə, Kanada və bir sıra Avropa ölkələri ilə yanaşı, Azərbaycanın da adını dünyanın 14 ölkəsinin yer aldığı bu siyahıya salıb.

100 universiteti əhatə edən ölkələr coğrafiyasında Şərqi Avropa və Asiya qitəsini sadəcə iki ölkə - Sinqapur və Azərbaycan təmsil edib.

Xəbər lenti

Xəbər lenti