Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İsabalayeva/
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 2012/2013-cü tədris ili üçün magistraturaya bir necə ixtisaslar üzrə (rus bölməsi, əyani şöbə) bakalavr qəbulu elan edir.
Trend-in çümə axşamı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytına istinadən verdiyi məlumata görə, Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir.
Moskva Dövlət Universitetinin Bakı filialının magistraturasına qəbul olmaq istəyən bakalavrlar birinci mərhələdə TQDK-nın keçirdiyi imtahanlarda, ikinci mərhələdə isə MDU-nun yaratdığı Qəbul komissiyasının keçirdiyi qəbul sınaqlarında iştirak edirlər.
MDU-nun yaratdığı Qəbul komissiyası tərəfindən aparılan qəbul sınaqlarında yalnız TQDK-nın keçirdiyi test imtahanlarında 45 və daha artıq bal toplayan bakalavrlar iştirak edə bilərlər.
Müsabiqə MDU-nun Qəbul komissiyasının keçirdiyi sınaqların nəticələri əsasında aparılacaq.
Sənəd qəbulunun müddəti və Qəbul komissiyasının keçirdiyi qəbul sınaqlarının qrafiki aprelin 8-dən gec olmayaraq elan olunacaq.