...

Azərbaycan sinoptikləri meteohəssas insanlara xəbərdarlıq edir

Cəmiyyət Materials 5 Mart 2012 11:58 (UTC +04:00)
Martın 6-dan 8-dək Abşeron yarımadasında mart ayı üçün səciyyəvi olan dəyişkən hava şəraiti, arabir güclənən şimal və cənub küləklərinin tez-tez bir-birini əvəz etməsi, meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.
Azərbaycan sinoptikləri meteohəssas insanlara xəbərdarlıq edir

Azərbaycan, Bakı, 5 mart / Trend müxbir İ.İsabalayeva/

Martın 6-dan 8-dək Abşeron yarımadasında mart ayı üçün səciyyəvi olan dəyişkən hava şəraiti, arabir güclənən şimal və cənub küləklərinin tez-tez bir-birini əvəz etməsi, meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, martın 6-da Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Gündüz arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-2, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

Martın 6-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti