...

Lerikdə iki azyaşlı uşağını qətlə yetirən ataya çıxarılan hökmdən apellyasiya protesti veriləcək

Cəmiyyət Materials 30 Mart 2012 18:36 (UTC +04:00)
Baş Prokurorluq tərəfindən Lerikdə iki azyaşlı uşağını boğaraq qətlə yetirən ataya çıxarılan hökmdən apellyasiya protesti veriləcək.
Lerikdə iki azyaşlı uşağını qətlə yetirən ataya çıxarılan hökmdən apellyasiya protesti veriləcək

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir K.Zərbalıyeva/

Baş Prokurorluq tərəfindən Lerikdə iki azyaşlı uşağını boğaraq qətlə yetirən ataya çıxarılan hökmdən apellyasiya protesti veriləcək.

"Tərəfimizdən cəzanın yüngüllüyü ilə əlaqədar məhkəmənin hökmündən apellyasiya protesti veriləcək", - Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov cümə günü Trend-ə bildirib.

Qeyd edək ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən Lerikin Kürdəsər kənd sakini, 35 yaşlı Əmrah Xıdır oğlu Süleymanova hökm oxunub.

Məhkəmənin hökmü ilə Süleymanov cəzasının ilk dörd ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən il oktyabrın 22-də Süleymanov iki azyaşlı uşağı - 2 yaşlı Dilbər, 1 yaşlı Filizi yataqlarında boğaraq öldürmüşdü.

Süıleymanov sərxoş vəziyyətdə həyat yoldaşı ilə dalaşıb və onu döyüb. Evdəki davadan qorxuya düşən uşaqlar qışqırıblar. Uşaqların səsi Süleymanovun başını ağrıtdığı üçün yastıqla uşaqların ağzından basaraq öldürüb.

Süleymanov həbs olunub və barəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.7 və 120.2.9-cu) maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti