Azərbaycan, Bakı, 31 mart / Trend müxbir K.Zərbalıyeva/
Azərbaycanda istirahət günü isti hava şəraiti hökm sürəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, aprelin 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Mülayim şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 5-8, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.
Aprelin 1 və 2-də mülayim cənub küləyi güclənəcək.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 0-3, gündüz 8-13 dərəcə isti olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 5-10 dərəcə şaxta olacağı gözlənilir.