...

Ekologiya Nazirliyi Zaqatalada qoz və şabalıd ağaclarının kəsilməsi barədə şikayətin qərəzli olduğunu müəyyənləşdirib

Cəmiyyət Materials 10 Aprel 2012 10:31 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun Katex kəndi ərazisində qoz və şabalıd ağaclarının kəsilməsi barədə daxil olan şikayət araşdırılıb.
Ekologiya Nazirliyi Zaqatalada qoz və şabalıd ağaclarının kəsilməsi barədə şikayətin qərəzli olduğunu müəyyənləşdirib

Azərbaycan, Bakı, 10 aprel / Trend müxbir M.Əliyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun Katex kəndi ərazisində qoz və şabalıd ağaclarının kəsilməsi barədə daxil olan şikayət araşdırılıb. Bu barədə Trend-ə çərşənbə axşamı Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, Aslan Rzayev adlı vətəndaşın kənd ərazisində qoz və şabalıd ağaclarının kəsilməsi barədə Nazirliyin qaynar xəttinə etdiyi şikayətin qərəzli xarakter daşıdığı məlum olub.

"Şikayətçi Rzayev qanunsuz ov edərkən Qoruq əməkdaşları tərəfindən əvvəllər dəfələrlə saxlanılmışdı. Sonuncu dəfə həmin şəxs 2012-ci il fevralın 23-də Murad Cəfərov adlı vətəndaşla birgə qanunsuz ov edərkən Qoruğun əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı saxlanılıb və onlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün tərtib olunmuş sənədlər Balakən rayon Polis Şöbəsinə göndərilib", - o deyib.

İbrahimova bildirib ki, aparılan araşdırmaların nəticəsində Rzayevin şikayətinin şəxsi və qərəzli xarakterli olması, eyni zamanda, fərdi konfliktləri həll etmək məqsədi daşıdığı sübut edilib.

Belə ki, daxil olan şikayətdə göstərildiyi kimi, çoxlu sayda ağacların kəsilməsi faktı öz təsdiqini tapmayıb.

Qoruğun əməkdaşları tərəfindən cari qaydada mühafizə rejiminə əməl olunmasını yoxlamaq məqsədilə 2012-ci il martın 15-də əraziyə keçirilən baxış zamanı, yəni şikayətdən əvvəl bir ədəd qoz ağacının naməlum şəxslər tərəfindən kəsildiyi, köküstə qurumuş və küləyin təsirindən aşmış digər ağacın isə doğrandığı məlum olmuşdu. Bununla əlaqədar əraziyə cavabdeh olan mühafizə yegeri barəsində akt tərtib olunub, 247,7 manat məbləğində köküstə nırx dəyərində ziyan hesablanaraq onun tərəfindən ödənilib və barəsində intizam tənbeh tədbiri görülüb. Qanunsuz kəsilmiş qoz ağacının işlik hissəsi və qurumuş qoz ağacının doğranmış oduncaq hissələri yerində qaldığından qorunub mühafizə olunması üçün mühafizə yegerinə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti