...

Fuad Ələsgərov: Azərbaycanın penitensiar müəssisələrində məhbusların layiqli şəraitdə saxlanılması üçün bütün imkanlar var

Cəmiyyət Materials 27 Aprel 2012 11:14 (UTC +04:00)
Azərbaycanın penitensiar müəssisələrində məhbusların layiqli şəraitdə saxlanılması üçün bütün imkanlar var.
Fuad Ələsgərov: Azərbaycanın penitensiar müəssisələrində məhbusların layiqli şəraitdə saxlanılması üçün bütün imkanlar var

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın penitensiar müəssisələrində məhbusların layiqli şəraitdə saxlanılması üçün bütün imkanlar var. Trend-in məlumatına görə, bunu jurnalistlərə cümə günü Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib.

"Penitensiar müəssisələrdə islahatlar davam edir, məhbusların layiqli şəraitdə saxlanılması üçün bütün imkanlar var, yeni penitensiar müəssisələrdə koloniyalar tikilir - islah əmək müəssisələri yaradılır. Azərbycanın Cinayət Məcəlləsində azadlığın məhdudlaşdırılması ilə bağlı cəza növü mövcud idi. Parlamentdə qəbul olunmuş qanuna görə, bu, ləğv olundu. Bu səbəbdən həmin məhbusların cəzası da başqa cəza növü ilə əvəz olundu", - Ələsgərov əlavə edib.

PA rəsmisinin sözlərinə görə, Azərbaycan Avropanın penitensiar qaydalarını öz qanunvericiliyində qəbul edib.

"Hazırda parlamentdə oxunuşda həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı qanun layihəsi var. Bu yaxınlarda o son oxunuşda qəbul ediləcək. Avropa penitensiar qaydalarına uyğun olaraq, hüquqların müdafiəsi ilə bağlı müddəalar orada əksini tapıb", - Ələsgərov deyib.

Onun sözlərinə görə, Azərbaycanda məhkəmə-hüquq sahəsində islahatlar artıq uzun illərdir ki, həyata keçirilir. Bu dinamikada olan bir prosesdir, çünki islahatlara hər an ehtiyac duyulur.

Azərbaycanda hüquq islahatlarının davam etdirildiyini bildirən Ələsgərov deyib ki, hüquq sahəsində gəncləşmə gedir.

"Bunun müsbət tərəfi ondan ibarətdir ki, məhkləmə sistemi, prokurorluq, digər hüquq mühafizə orqanlarında daha çox çeviklik yaranır", - PA rəsmisi qeyd edib.

Xəbər lenti

Xəbər lenti