...

Əli Abbasov: "Eurovision" mahnı müsabiqəsi ilə bağlı radio-televiziya sistemi bu gün təhvil verilir

Cəmiyyət Materials 7 May 2012 13:02 (UTC +04:00)
Azərbaycanda keçiriləcək "Eurovision" mahnı müsabiqəsi ilə bağlı tətbiq olunacaq ən mürəkkəb sistem sayılan radio-televiziya sistemi artıq bu gün təhvil verilir.
Əli Abbasov: "Eurovision" mahnı müsabiqəsi ilə bağlı radio-televiziya sistemi bu gün təhvil verilir

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda keçiriləcək "Eurovision" mahnı müsabiqəsi ilə bağlı tətbiq olunacaq ən mürəkkəb sistem sayılan radio-televiziya sistemi artıq bu gün təhvil verilir. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, bundan sonrakı günlər isə müəyyən və ya qeyri-müəyyən, gözlənilməyən problemlərin qarşısının alınması üçün testlərə başlanacaq.

"İnternet tamamilə hazırdır və istifadəyə veriləcək. Həmçinin mobil operatorlar üzərlərinə düşən işləri artıq tamamlayıblar, "Eurovision"ın rəsmi saytı öz qaydasında işləyir. Bundan sonra bizim əsas vəzifəmiz sistemin dayanıqlığı və onun etibarlılığını təmin etmək, həmçinin baş verə biləcək müəyyən kiberhücum problemlərinin qarşısını almaq üçün tədbirlər görməkdir", - Abbasov deyib.

Nazir hesab edir ki, bu istiqamətdə planlaşdırılmış proqram üzrə işlər həyata keçiriləcək və telekommunikasiya, radio-televiziya verilişlərində, internetdə problemlər olmayacaq.

Xəbər lenti

Xəbər lenti