...

Rusiya ali məktəblərinə sənəd verən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Cəmiyyət Materials 10 May 2012 11:03 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü tədris ili üçün Rusiya ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə sənəd qəbulunu yekunlaşdırıb.
Rusiya ali məktəblərinə sənəd verən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü tədris ili üçün Rusiya ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə sənəd qəbulunu yekunlaşdırıb. Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə çümə axşamı Trend-ə deyib ki, Rusiya ali məktəblərinə 101 nəfər sənəd verib.

Rusiya ali məktəblərinə qəbul üçün müsabiqə iki mərhələdə keçiriləcək.

I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. Test imtahanı mayın 15-də keçiriləcək. Test imtahanı Azərbaycan və rus dillərində keçirilir. Bölməsindən asılı olmayaraq, III ixtisas qrupu üzrə test tapşırıqları rus dilində təqdim olunacaq. Abituriyentlər seçdikləri ixtisas qrupu daxilində Azərbaycan ali təhsil müəssisələrinə qəbul qaydalarında müəyyən edilmiş fənlərdən test imtahanı verirlər. Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili fənninin əvəzinə rus dilini anlama qabiliyyətini təyin edən suallara cavab verirlər. Abituriyentlər xarici dil fənni kimi ingilis, alman və ya fransız dillərindən birini seçə bilərlər.

Abituriyentlər sabahdan başlayaraq, "İmtahana buraxılış vərəqəsi"ni TQDK-nın internet saytından çap edib götürə biləcəklər.

Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar.

Müsahibə mayın 23-də keçiriləcək.

Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq və məqbulla qiymətləndiriləcək.

Müsahibədən məqbul alan abituriyentlər ixtisas seçiminə buraxılırlar.

Müsabiqə test imtahanın nəticələrinə əsasən aparılacaq.

Xəbər lenti

Xəbər lenti