...

BMT-nin xüsusi məruzəçisi Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 14 May 2012 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İ.İsabalayeva/

Birləşmiş Millətlər Təşkilatının xüsusi məruzəçisi Anand Qrover mayın 16-23-də Azərbaycanda səfərdə olacaq.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, səfərin məqsədi səhiyyənin maliyyələşdirilməsinin, vərəmin, həbsxana və müvəqqəti saxlama təcridxanalarında səhiyyə xidmətinin, spesifik insan hüquqları aspektləri də daxil olmaqla, ölkədə sağlamlıq hüququnun həyata keçirilməsi ilə bağlı məsələləri qiymətləndirməkdir.

Azərbaycan hökumətinin dəvəti ilə Azərbaycana səfər edəcək Qrover rəsmi şəxslər, parlament üzvləri, beynəlxalq ictimaiyyət, həkimlər, o cümlədən vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

"Vərəm xəstəliyi Azərbaycanda həm ictimai sağlamlıq, həm də insan hüquqları üçün böyük təhlükədir. İnsanların vərəmə qarşı həssaslığı və bu xəstəliyin diaqnozu, müalicəsi və qayğı xidmətlərindən istifadə imkanı əhəmiyyətli dərəcədə onların öz insan hüquqlarını həyata keçirmək bacarığı ilə əlaqədardır. Vərəmin yayılmasını məhdudlaşdırmaq üçün müəyyən imkan olarsa, təhqir və diskriminasiya kimi kritik məsələlər gündəliyin mərkəzində dayanmalıdır", - ekspert əlavə edib.

Xəbər lenti

Xəbər lenti