...

Ermənistanda boşanmanın əsas səbəblərindən biri xəyanətdir

Cəmiyyət Materials 15 May 2012 20:04 (UTC +04:00)
Ermənistan ailələri əsasən ənənələrə riayət edirlər və son vaxtlar erməni ailəsində çox az dəyişikliklər müşahidə edilir.
Ermənistanda boşanmanın əsas səbəblərindən biri xəyanətdir

Azərbaycan, Bakı, 15 may /Trend/

Ermənistan ailələri əsasən ənənələrə riayət edirlər və son vaxtlar erməni ailəsində çox az dəyişikliklər müşahidə edilir. Trend-in "News.am"a istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı mətbuat konfransında Şenqavit rayonunun Vətəndaş Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı şöbəsinin ərazi müdiri Susanna Avetisyan bildirib.

Boşanmaların səbəblərinə toxunan Avetisyan deyib ki, əsas səbəb sevginin olmamasıdır.

"Mütəxəssislər, həmçinin cütlüklər arasında sorğu keçiriblər və müəyyən edilib ki, boşanmaların əsas səbəbi xəyanət və məişət uyğunsuzluğudur. Lakin onlar utandıqlarına görə seksual uyğunsuzluğu qeyd etmirlər", - Avetisyan bildirib.

O, statistik məlumatları təqdim edərkən deyib ki, Şenqavit inzibati rayonunda ilin əvvəlindən 292 nikah qeydə alınıb, 80 cütlük isə boşanıb. Ötən il ərzində isə 1000 cütlük nikaha daxil olub, 209 boşanma faktı qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti