...

Bu gün Rusiya ali məktəblərinə qəbul imtahanı keçiriləcək

Cəmiyyət Materials 18 May 2012 09:59 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2012/2013-cü tədris ili üçün Rusiya ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu üçün qəbul imtahanı keçirəcək.
Bu gün Rusiya ali məktəblərinə qəbul imtahanı keçiriləcək

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2012/2013-cü tədris ili üçün Rusiya ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu üçün qəbul imtahanı keçirəcək.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə çümə günü Trend-ə deyib ki, Rusiya ali məktəblərinə 101 nəfər sənəd verib.

Rusiya ali məktəblərinə qəbul üçün müsabiqə iki mərhələdə keçiriləcək.

I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. üç saat davam edəcək test imtahanı Azərbaycan və rus dillərində keçirilir. Bölməsindən asılı olmayaraq, III ixtisas qrupu üzrə test tapşırıqları rus dilində təqdim olunacaq. Abituriyentlər seçdikləri ixtisas qrupu daxilində Azərbaycan ali təhsil müəssisələrinə qəbul qaydalarında müəyyən edilmiş fənlərdən test imtahanı verirlər. Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili fənninin əvəzinə rus dilini anlama qabiliyyətini təyin edən suallara cavab verirlər. Abituriyentlər xarici dil fənni kimi ingilis, alman və ya fransız dillərindən birini seçə bilərlər.

Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar. İmtahan nəticəsində müsabiqə şərtini ödəyərək növbəti mərhələdə iştirak hüququ qazanan abituriyentlər mayın 19-da TQDK-da təşkil olunacaq müsahibədə iştirak edəcəklər.

Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq və məqbulla qiymətləndiriləcək.

Müsahibədən məqbul alan abituriyentlər ixtisas seçiminə buraxılırlar.

Müsabiqə test imtahanın nəticələrinə əsasən aparılacaq.

Xəbər lenti

Xəbər lenti