...

Azərbaycanda daha 3 adda dərmanın istifadəsi dayandırılıb

Cəmiyyət Materials 30 May 2012 15:44 (UTC +04:00)
Azərbaycanda daha 3 adda dərmanın dövlət qeydiyyatı ləğv edilib. Bu barədə Trend-ə çərşənbə günü Səhiyyə Nazirliyindən (SN) məlumat verilib.
Azərbaycanda daha 3 adda dərmanın istifadəsi dayandırılıb

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda daha 3 adda dərmanın dövlət qeydiyyatı ləğv edilib. Bu barədə Trend-ə çərşənbə günü Səhiyyə Nazirliyindən (SN) məlumat verilib.

Nazirlikdən bildirilib ki, SN-nin Farmokoloji və Farmakopeya Ekspert Şurasının qərarı ilə qeyri-steroid iltihabəleyhinə olan bufeksamak tərkibli "Proktozan", polivinilpirrolidon tərkibli 12 minlik "Hemodez" infuziya məhlulu və "Oktaqam" (normal insan immunoqlobulini) preparatının dövlət qeydiyyatı ləğv olunub.

Nazirlikdən deyilib ki, hazırda "Hemodez" ticarət markası adı ilə dərmanlar satılır və onlarla bağlı heç bir problem yoxdur. Nazirliyin Farmokoloji və Farmakopeya Ekspert Şurası yalnız 12 minlik "Hemodez"in dövlət qeydiyyatını ləğv edib.

"Oktaqam" dərmanının dövlət qeydiyyatının ləğvi isə onun tərkibi ilə bağlı olmayıb. Bu dərmanın dövlət qeydiyyatının ləğvi istehsalat prosesində baş verən qüsurlarla bağlıdır. Avstriyada istehsal olunan "Oktaqam"un istehsalat prosesindəki nöqsanlar aradan qaldırıldıqdan sonra o, yenidən dövlət qeydiyyatına alına bilər.

Qeyd edək ki, artıq pereferik arteriyaların endiartriti zamanı istifadə edilən "Buflomedil" tərkibli dərman preparatlarının Azərbaycanda satışı, istifadəsi və idxalı dayandırılıb.

Azərbaycanda "Buflomedil" tərkibli 4 adda dərman satılıb. Amma artıq onlardan üçü - İtaliya istehsali olan "İrrodan" həbi, "İrrodan" inyeksiya məhlulu və "İrrodan-retarti" həbinin ölkə ərazisində satışı dayandırılıb. Buflomedil" tərkibli "Dialon-T" dərmanının dövlət qeydiyyatı isə artıq ləğv edildiyi üçün o da satışdan yığışdırılacaq və istifadəsinə icazə verilməyəcək.

"Qatifloksasin" tərkibli dərmanların dövlət qeydiyyatına alınması üçün bir necə müraciət daxil olub. Amma artıq müvafiq qərar qəbul olunduğu üçün həmin dərmanların qeydiyyatı məsələsinə baxılmayacaq.

Hazırda Azərbaycanda 5 faizli "Bor turşusu" və 2,5 faizli Leyner məlhəminin istifadəsi, satışı və idxalının dayandırılması məsələsinə baxılır.

Xəbər lenti

Xəbər lenti